Info Prezident

İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb. “Möhtərəm Ayətullah Xameneyi həzrətləri. İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm. […]

Info MƏHKƏMƏ

Boşandığı arvadına səkkiz bıçaq zərbəsi vurdu – Məhkəmə həbsdən azad etdi

Goranboy rayonunda keçmiş həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Babakişi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Edliyyeinfo.az Oxu.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Abdullayev üç il azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib və B.Abdullayev məhkəmə zalından azad edilib. İttihama görə, […]

Info Parlament

Sahibə Qafarova pakistanlı həmkarı ilə danışdı

Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib. Milli Məclisdən verilən məlumata görə, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub. Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Sülh, sabitlik və […]

Info MƏHKƏMƏ

İflas edən şirkət borclarını ödəyə bilmir - Məhkəmə cərimə etdi

“Formes.aqro.az” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. Məlum olub ki, məhkəmə qərarı olmasına baxmayaraq, “Formes.Aqro.Az” MMC V.B.-nın 182.447 manat borcunu […]

Info Sənədlər

Nazirlər Kabineti İranla bağlı qadağanı ləğv etdi

Azərbaycan və İran arasında yükdaşıma bərpa olunub. Bu barədə   Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.