Bir çox işçi işə götürülərkən müqavilə bağlanmır və sonradan əməkhaqqı ilə bağlı problemlərlə üzləşir. Bəs belə hallarda işçi hüquqlarını necə sübut edə bilər? Pulsuz işlədilmiş dövr üzrə maaşı sonradan tələb etmək mümkündürmü? İşçi hara müraciət etməlidir? Bu sualları hüquqşünas-mediator Zaur Quliyev cavablandırır. Videonu izləmək üçün linkə keçid edin.
Day: Mart 12, 2026
Cərimənin məcburi tutulması qaydası dəyişdi
Cərimənin məcburi tutulması qaydası dəyişib. Prezident İlham Əliyevin təsdiqlədiyi Cəzaların İcrası Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan […]
Yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirən vəzifəli şəxslərin məhkəmə işi
Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəmə araşdırması başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə prokuror ittiham aktını elan edib. Zərərçəkənlərə dəyən zərərin müəyyən bir qisminin təqsirləndirilənlər tərəfindən ödənilməsini nəzərə alaraq vəkillər müvəkkilləri barədə […]
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
“Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. […]
Prezident tapşırıq verdi - İrana yardım göndərildi
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton […]






