Boşanma prosesində ən çox müzakirə olunan məsələlərdən biri uşağın kimdə qalması, alimentin müəyyən edilməsi və birgə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlıdır. Bir çox vətəndaş bu məsələlərin hansı hüquqi qaydalarla tənzimləndiyini tam bilmədiyi üçün müxtəlif suallarla üzləşir.
Edliyyeinfo.az-ın sual-cavab rubrikasının növbəti buraxılışı məhz ailə hüququ mövzusuna həsr olunub. Rubrikanın qonağı hüquqşünas-mediator Zaur Quliyev boşanma zamanı uşağın kimdə qalmasının necə müəyyən edildiyi, alimentin hansı qaydada hesablandığı və tərəflərin birgə əldə etdiyi əmlakın necə bölündüyü barədə sualları cavablandırır.
Hüquqşünas bildirir ki, bu məsələlər Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq tənzimlənir və hər bir hal üzrə məhkəmə uşağın maraqlarını əsas götürərək qərar verir.
Mövzu ilə bağlı ətraflı izahı təqdim etdiyimiz videoda izləyə bilərsiniz.




