Info Parlament

Əmək Məcəlləsi dəyişdirilir

1999-cu ildən etibarən Əmək Məcəlləsinə yüzlərlə dəyişiklik edilib, təkmilləşdirmə işləri gedir.
Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda məcəlləyə və eyni zamanda 17 digər qanuna ümumilikdə 457 dəyişiklik edilir:
“Bunların 420-si sırf Əmək Məcəlləsinə dəyişiklikdir. Bu son illərdə ediləcək ən böyük dəyişikliklərdir. Belə desək, yeni bir Əmək Məcəlləsinin işlənib hazırlanmasının və qəbul olunmasının astanasındayıq”.
Adil Vəliyev əlavə edib ki, işçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək.
Onun sözlərinə görə, işçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Əmək Məcəlləsinin 117-ci maddəsinə tənzimləmə gətirilir: “O cümlədən təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış birgünlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu birgünlük əməkhaqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir