2026-cı il aprelin 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Edliyyeinfo.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb. İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında […]
MƏHKƏMƏ
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar
Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib. Edliyyeinfo.az xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. Həmçinin onun hadisə yerini tərk etdiyi göstərilib. Eyni zamanda həmin şəxsin psixi pozuntudan […]
Zal Yusifovun oğlu hakim qarşısında
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib. Zərərçəkmiş Kənan Əsgərov bildirib ki, təqsirləndirilən şəxslərə 55 min manat pul […]
727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdıran Rusiya vətəndaşına hökm oxundu
Banklardan birindən cinayət yolu ilə 727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Vaysero Aleksandr Vladimiroviçin məhkəməsi yekunlaşıb. Edliyyeinfo.az-ın “Unikal”dan əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan […]
Azərbaycanda bu şəxslərə yalnız bir dəfə mənzil veriləcək
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli […]
Azərbaycanda tikinti şirkətləri ilə bağlı yeni qərar
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib. Edliyyeinfo.az xəbər verir ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 […]
İş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi
İş yoldaşını “işverən”sən sözünə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən, Röyal İbrahimova 3 il müddətinə şərti cəza verilib. Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal […]
Maliyyə Nazirliyinə qarşı dələduzluq edənlərin məhkəmə işi
Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Əzimov Elnur, Adgözəlov Emin və Qarayev Nazimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Elnur Əzimov ifadə verib. “Günel adında bir xanımla şəxsi münasibətlərim var idi. O, Şamil Kamil oğlu ilə əlbir olaraq çek çap […]
Anasını qab yuduğu yerdə, bu sözlərinə görə öldürüb - Dəhşətli qətlin təfərrüatı
Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Edliyyeinfo.az–ın məlumatına görə, anasını küt alətlə qətlə yetirən Anar Allahverdiyevin psixoloji problemləri olub. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə vaxtı evdə Anar Allahverdiyev ilə anası Çiçək Sərdarova ikisi olub. Anar Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin bitirib.O işə qəbul olmaq üçün bir neçə dəfə imtahan verib. Lakin bütün imtahanlardan kəsilib. Yaxınları onu […]
Ekoloji hüququ pozulan vətəndaş kompensasiya tələb edə bilər-QƏRAR
Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair izahlar verib. Ali Məhkəmədən verilən məlumata görə, qərarda qeyd edilib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının […]









