Info

PAYTAXTIN BAKIDAN KÖÇÜRÜLMƏSİ MÜZAKİRƏLƏRİ: ASTANA MODELİ VƏ AZƏRBAYCAN ÜÇÜN STRATEJİ-HÜQUQİ BAXIŞ

Son dövrlər ictimai müzakirələrdə paytaxtın Bakıdan köçürülməsi məsələsi yenidən gündəmə gəlmişdir. Sosial şəbəkələrdə və ictimai platformalarda müxtəlif fikirlər səsləndirilir, ayrı-ayrı regionlar yeni paytaxt üçün mümkün seçim kimi təqdim olunur. Bəzi yanaşmalar siyasi, bəziləri isə iqtisadi arqumentlər üzərində qurulur. Amma ümumi mənzərəyə baxdıqda aydın olur ki, bu mövzu təkcə inzibati mərkəzin dəyişdirilməsi məsələsi deyil. Burada daha […]

Info

“Niyə mediasiyada hər zaman barışıq əldə oluna bilmir?” – canlı efirdə mühüm məqamlar müzakirə olundu

Dünya TV kanalında yayımlanan “Hüququn Səsi” verilişinin növbəti buraxılışında mediasiya sahəsində aktual və düşündürücü bir mövzu müzakirə olunub. Hər şənbə saat 15:00-da tamaşaçılarla görüşən verilişin aparıcısı hüquqşünas, mediator Zaur Quliyev bu dəfə “Niyə mediasiyada hər zaman barışıq əldə oluna bilmir?” sualına aydınlıq gətirib. Verilişin qonaqları hüquqşünas-mediatorlar Gülnar Səfərova, Rahib Məmmədov və mediator Saleh Şükürov olub. […]

Info

Ədliyyə naziri Fərid Əhmədov 1 may tarixində Şəmkir şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonlarından ümumilikdə 35 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə […]

Info

Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA

İşğaldan azad olunmuş ərazilərdə 705 tarix-mədəniyyət abidəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. İşğal dövründə bu ərazilərə fiziki giriş mümkün olmadığı üçün siyahılar əvvəlki arxiv materialları əsasında tərtib edilsə də, torpaqlarımız azad olunduqdan sonra bölgədə monitorinqlər aparılıb. Edliyyeinfo.az  xəbər verir ki, bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda III […]

Ədliyyə Info

Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...

Azərbaycanda bir vəkilə töhmət verilib, iki vəkilə xəbərdarlıq edilib, iki vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub. Bu barədə   Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, 2026-cı il mayın 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və […]

Info

Əli Əsədov bu müəssisəyə sahibkarlıqla məşğul olmaq icazəsi verdi

“Gənclər evi” sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, “Gənclər evi” sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyətləri yarada […]

Info Prezident

İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Info Parlament

Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi

Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq edib. Edliyyeinfo.az  xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında  “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və […]

Info Parlament

Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək

Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarla təmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ veriləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi “operativ nəqliyyat vasitələri” anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə […]

Info

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq. Edliyyeinfo.az  trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək: […]