Ədliyyə Info

Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...

Azərbaycanda bir vəkilə töhmət verilib, iki vəkilə xəbərdarlıq edilib, iki vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub. Bu barədə   Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, 2026-cı il mayın 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və […]

Ədliyyə Info

Ədliyyə Nazirliyi “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib. Yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin […]

Ədliyyə Info

Ədliyyə naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 1 may 2026-cı il tarixində Şəmkir şəhərində Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 30 aprel tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəmkir regional ədliyyə […]

Ədliyyə Info

Dövlət icra məmuru və xüsusi icra məmuru arasındakı fərqləri bilirsinizmi?

Qanunvericiliyə əsasən hər iki fəaliyyət istiqaməti məhkəmə qərarlarının icrasını həyata keçirir. Həm dövlət, həm də xüsusi icra məmuru məcburi icra orqanı statusu daşıyır. Bununla yanaşı, onların fəaliyyət mexanizmi bir-birindən fərqlənir. Dövlət icra məmuru və xüsusi icra məmuru ilə bağlı əsas fərqləri təqdim edirik.  

Ədliyyə Info MƏHKƏMƏ

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - FOTO

2026-cı il aprelin 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Edliyyeinfo.az  xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb. İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında […]

Ədliyyə Info

Ədliyyə nazirinin müavini videoqəbul keçirib

Edliyyeinfo.az:   Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Aprelin 23-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Gəncə, Göyçay, Şirvan, Bərdə, Lənkəran və Şəki […]

Ədliyyə Info

Ədliyyə Nazirliyinin ədliyyə orqanlarında qulluğa qəbul və Xüsusi İcra Məmurlarının müsabiqə komissiyalarının Birgə Məlumatı

Edliyyeinfo.az:  Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası tərəfindən xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə (sənəd qəbulu – 1 aprel – 1 may 2026-cı il), eyni zamanda Ədliyyə Nazirliyinin ədliyyə orqanlarında qulluğa qəbul üzrə Müsabiqə Komissiyası tərəfindən dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə (sənəd qəbulu – 17 aprel – 18 may 2026-cı […]

Ədliyyə Info

Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, mayın 7-də saat 10:00-da Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur. Bu barədə   Kollegiyadan məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 27.04.2026-cı il tarixədək davam edəcəyi […]

Ana Səhfə Ədliyyə Info

Ədliyyə nazirinin müavini videoqəbul keçirib

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Aprelin 17-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Gəncə, Bərdə, Lənkəran, Şirvan, […]

Ədliyyə Info

Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə görüşüb. Fərid Əhmədov qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin peşəkar inkişafına dəstək məqsədilə öz təcrübəsini bölüşüb, onlara gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verib. Fərid Əhmədov “Yüksəliş” […]