Info Parlament

Bu il yaşa görə pensiyalar bu qədər artacaq

2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulur.
Bu, ümumi büdcə xərclərinin təxminən 41%-ni təşkil edir.

Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil etmişdir, 2026-cı ildə isə 590, manat olacağı nəzərdə tutulur:

“Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır.

Əvvəlki illərdə olduğu kimi cari ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti 50,4% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcəkdir.

Bu il aktiv sosial müdafiə tədbbirlərinin daha da genişlənməsi nəzərdə tutulur.

İSF-nin 2026- cı ildə büdcə xərclərinin 77 milyon manatı, yaxud 28,9%-i özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcəkdir. 2026-cı ildə İSF hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq, 7 min nəfər) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2026-cı il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaqdır.

Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə proqram bbaşlayandan dövlət büdcəsindən 25 milyard manata yaxın vəsait ayrılmışdır. Hazırda 70 mindən artıq soydaşımız Qarabağ və Şərqi Zəngəzurun 40 a yaxın şəhər, qəsəbə və kəndində məskunlaşıb orada yaşayır və işləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir