Info Prezident

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işləri aparılır. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a müsahibəsində İranın Azərbaycandakı səfir Müctəba Dəmirçilu bildirib. Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir: “Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə […]

Info

Yeni İldə neçə gün iş olmayacaq? – Nazirlər Kabinetindən açıqlama

Qarşıdan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar tətil günləri yaxınlaşır. Bununla bağlı sosial şəbəkələrdə ölkəmizdə ardıcıl 7 gün iş olmayacağı haqqında məlumat yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, dekabr ayının 29-dan etibarən yanvarın 5-nə qədər qeyri-iş günləri olacaq. Manset.az məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb. Bildirilib ki, […]

Info Prezident

Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Edliyyeinfo.az xəbər verir ki, dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni […]

Ədliyyə Info

Region sakinləri üçün videoqəbul təşkil olunub

Dekabrın 23-də Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən  Göyçay, Bərdə və  Şirvan regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Videoqəbulda Bələdiyyələrlə iş baş idarəsi, İstintaq idarəsi və İcra xidmətinin fəaliyyət istiqamətləri ilə […]

Info Parlament

Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək

Dövlət rəmzləri (bayraq, gerb), rul nişanları, onların adları və tanınan hissələrini özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı “Patent haqqında” qanunda dəyişiklik edilir. Həmçinin, beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə […]

Info Prezident

İlham Əliyev Ağdama getdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Edliyyeinfo.az xəbər verir ki, “Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirilib ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal […]

Info Parlament

Bu şəxslər psixoloji yardımla təmin ediləcək

Psixoloji yardımın maliyyələşdirilməsi qaydasına dəyişiklik edilir. Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Psixoloji yardım haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar. Eyni zamanda əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar […]

Info MƏHKƏMƏ

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin […]

Info Parlament

Minatəmizləmədə heyvanlardan istifadə qaydası müəyyənləşir

Minatəmizləmə fəaliyyətində heyvanların istifadə edilməsi qaydası müəyyənləşir.  Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə ediləcək.