Info MƏHKƏMƏ

Vətəndaşlar mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər

Vətəndaşlar haqlarında mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Məlumata görə, insan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb. Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” […]

Info Parlament

İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsası müəyyənləşdirilir

İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsası müəyyənləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, investisiyanın strateji əhəmiyyətə malik investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna […]

Info Parlament

Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq

Azərbaycanda dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası zərurətinin torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilir. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəllə və və “Torpaqların dövlət ehtiyacları […]

Info Parlament

Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək. Edliyyeinfo.az   xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma […]

Info Parlament

Milli Məclis bələdiyyələrlə bağlı hesabatı təsdiqlədi

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.  Məruzədə qeyd edilir ki, Bələdiyyələr tərəfindən qanunsuz torpaq sahələrinin mülkiyyətə verilməsi halları müəyyən edilib. Qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Nazirlik […]

Info Parlament

Özəl tibb müəssisələrinə onkoloji tibbi xidmət göstərməyə icazə veriləcək

Özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb. Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət […]

Info

Qanuna hörmət – təhlükəsiz həyatın təminatıdı

Edliyyeinfo.az: Hüquqi dövlətin əsas dayaqlarından biri qanunun aliliyidir. Qanun yalnız normativ sənəd deyil, cəmiyyətdə sabitliyin, ədalətin və təhlükəsizliyin təminat mexanizmidir. Bu baxımdan qanunlara münasibət cəmiyyətin hüquqi mədəniyyət səviyyəsini müəyyən edən əsas göstəricilərdən hesab olunur. Bəzən qanun anlayışı cəmiyyətdə cəza və məhdudiyyətlə assosiasiya edilir. Halbuki qanunların məqsədi qorxutmaq deyil, qorumaqdır. Qanun ictimai münasibətləri tənzimləyir, vətəndaşların hüquq […]

Info

Mediasiya: Mübahisəni böyütmək yox, həll etmək mədəniyyəti

Müasir hüquq sistemi artıq yalnız məhkəmə qərarları üzərində qurulmur. Dünyada olduğu kimi Azərbaycanda da mübahisələrin alternativ həlli mexanizmləri geniş tətbiq olunur. Bu mexanizmlərdən ən effektivlərindən biri mediasiyadır. Mediasiya tərəflər arasında yaranmış mübahisələrin neytral və peşəkar mediatorun iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilməsidir. Bu prosesdə məqsəd tərəflərdən birinin qalib, digərinin məğlub olması deyil, hər […]

Info Prezident

Prezidentdən Dövlət Vergi Xidmətinin rəisi ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib. Qeyd edək ki, O.Nəzərli 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Info Prezident Sənədlər

Prezident Fərman imzaladı

Qeydiyyata alınmamış qrantlara görə inzibati cərimə tətbiq edəcək orqanlar müəyyənləşib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qrant haqqında” qanun ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə […]