Info Prezident

İlham Əliyev onları təbrik etdi

Dövlət başçısı həmçinin Latviya Prezidenti Edqars Rinkeviçsə də təbrik məktubu ünvanlayıb. Edliyyeinfo.az  xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır. Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin […]

Info

2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti

Edliyyeinfo.az:  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”i təsdiqləyib. Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, bu Tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri […]

Info

Milli Dirçəliş Gününün tarixi dəyəri və liderlik məktəbi

17 noyabr — Milli Dirçəliş Günü — Azərbaycan xalqının tarixində təkcə bir siyasi hadisənin anılması deyil, milli özünüdərkin, ictimai mübarizə iradəsinin və dövlətçilik düşüncəsinin yenidən möhkəmləndiyi bir dönəmin rəmzidir. Bu gün 1988-ci ildə Azadlıq meydanında baş qaldıran xalq hərəkatının doğurduğu böyük mənəvi gücü, milli yaddaşa həkk olunan azadlıq çağırışını xatırladır. Meydan hərəkatına qoşulan minlərlə insan […]

Info Prezident

Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib. Edliyyeinfo.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

Info Prezident

İlham Əliyev Özbəkistana səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib. Edliyyeinfo.az   xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

Info Prezident

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev 30 dekabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”də dəyişikliklər edib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra informasiya sisteminə daxil olan “beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının […]

Info

Notariat namizədləri üçün test imtahanı keçirildi

Edliyyeinfo.az xəbər verir ki, bu gün notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilə birgə kompüter vasitəsilə keçirilən müsabiqənin birinci mərhələsi – test imtahanında 280 namizəd iştirak edib. Test imtahanının nəticələri namizədlərə imtahanı yekunlaşdırdıqda dərhal təqdim olunub. Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından mümkün 90 balın 60-nı toplayan 119 […]

Ədliyyə Info

“881” Çağrı Mərkəzi oktyabr ayını 94% operativliklə başa vurdu

Edliyyeinfo.az:  Oktyabr ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 15.205 müraciətdən 14.939-u cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 94 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 2 dəqiqə 11 saniyə […]

Ədliyyə Info

Fərid Əhmədov Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Edliyyeinfo.az: Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia ilə görüş keçirib. Nazir qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib və vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidenti Mixail Kavelaşvilinin, eləcə də Baş naziri […]

Info

3 və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR

Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib. Edliyyeinfo.az Report-a istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı irəli sürüb. O, […]