Info Prezident

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Sevil Əliyevanı təltif edib. Edliyyeinfo.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar S.Əliyevanın sabah 70 illik yubileyidir. O, eyni zamanda SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının fəxri prezidenti, “Space” Televiziyasının qurucusudur.

Info Parlament

Vəkillərə yeni hüquqlar verilir

Vəkilliklə məşğul olanlara yeni hüquqlar və səlahiyyətlər veriliəcək. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər. Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə […]

Info Sənədlər

Qanun çərçivəsində hüquqların müdafiəsi: 18-ci maddənin mahiyyəti

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi vətəndaşların hüquqi məlumat əldə etməsi və müxtəlif suallarla bağlı operativ cavab alması üçün fəaliyyət göstərən mühüm xidmət strukturlarından biridir. 2025-ci ilin sentyabr ayı ərzində bu mərkəzə ümumilikdə 14.251 müraciət daxil olub. Bu müraciətlər Ədliyyə Nazirliyinin müxtəlif fəaliyyət sahələrini – məsələn, notariat, qeydiyyat, məhkəmə qərarlarının icrası və s. əhatə […]

Info Sənədlər

Mülki Məcəllənin 18-ci maddəsinin izahı: Fiziki şəxsin hüquq qabiliyyəti

Mülki hüquqlar hər bir şəxsin dövlət və cəmiyyət qarşısında tanınan və qorunan hüquqlarıdır. Bu hüquqların müdafiəsi, yəni pozulmuş hüququn bərpası və ya təhlükə altındakı hüququn qorunması hüquqi baxımdan mühüm məsələdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsində mülki hüquqların müdafiəsinin necə həyata keçirildiyi açıq şəkildə göstərilir. Qanunvericiliyə əsasən, hər bir şəxs mülki hüquqlarını yalnız qanun çərçivəsində […]

Info Parlament

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək. Edliyyeinfo.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında yeni “Dövlət xidmətləri haqqında” qanun layihəsi müzakirə olunub. Bildirilib ki, “Dövlət xidmətləri haqqında” qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib. Təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsində faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını […]

Info Parlament

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. Edliyyeinfo.az-ın məlumatına görə, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki,bundan əvvəl prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad […]

Info Parlament

Deputatlar 13 məsələyə görə bu gün toplaşır – SİYAHI

Milli Məclisdə bu gün plenar iclas keçiriləcək. Edliyyeinfo.az xəbər verir ki, iclasda 13 məsələ müzakirə ediləcək. 1. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının […]

Ədliyyə Info

“881” Çağrı Mərkəzi sentyabr ayında 14 mindən çox vətəndaş müraciətinə cavab verib

Sentyabr ayı ərzində “881” Çağrı Mərkəzinə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə daxil olan 14.251 müraciətdən 13.920-si cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 90 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 1 dəqiqə 33 saniyə ərzində cavab verilib. “Geriyə zəng” və “zəng sifarişi” xidmətləri vasitəsilə ay ərzində […]

Info

YENİLİK – Əlillik dərəcələrinin verilməsi qaydası dəyişir

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. Yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. Bu daha çox texniki dəyişiklik hesab olunur. Qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır. Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından […]

Info Prezident

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib. Edliyyeinfo.az  xəbər verir ki, müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev səsləndirib.