Info MƏHKƏMƏ Prezident

Bu məhkəmələrə hakimlər təyin edildi – Sərəncam

Azərbaycanda bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib. Ağır cinayətlər məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Rəhimova Aybəniz […]

Info Parlament

Prokurorlara yeni səlahiyyət verilir

Prokurorlara yeni səlahiyyət verilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilir. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.  

Info Parlament

Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI

Parlament avtomobillə ölkədaxili sifarişli sərnişin və yük daşımalarına icazənin alınması üçün sürücülərdən tələb olunacaq sənədlərin siyahısının genişləndirilməsini qəbul edib.  Edliyyeinfo.az xəbər verir ki, bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirə olunub. Bildirilib ki, sürücünün narkotik sərxoşluq vəziyyətinin, vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan […]

Info Parlament

“Kompüter sistemi” ifadəsi LƏĞV EDİLDİ

Milli Məclis Cinayət və Cinayət-Prosessual Məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişiklikləri qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Məlumat verilib ki, hazırkı qanun layihəsinin əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də […]

Info MƏHKƏMƏ

Şəxs yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra məhkum sayıla bilər – Ali Məhkəmə

Təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Bu qadağa ibtidai istintaq və məhkəmə istintaqının aparıldığı dövrü də əhatə edir. Bu o deməkdir ki, yalnız şəxsin məhkum edilməsi barədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsini almışsa şəxs cinayət əməlini […]

Info Parlament

Bu yerlərdə elektron siqaret çəkənlər CƏRİMLƏNƏCƏK

Tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Edliyyeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 […]

Info Parlament

Elektron siqaret satanlar CƏRİMƏ EDİLƏCƏK

Milli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması ilə əlaqədar cərimələri qəbul edib.  Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Sənəddə vurğulanıb ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə […]

Info Parlament

Bu qanundan “hərbi komissarlıq” sözü ÇIXARILDI

Milli Məclis Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyətinin ləğvini qəbul edib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Əmək və Cəzaların İcrası Məcəllələrində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri […]

Ədliyyə Info

Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. Edliyyeinfo.az-ın  “Unikal”a istinad  məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrum […]

Info Prezident

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı milli bayram münasibətilə təbrik edib. Edliyyeinfo.az  xəbər verir ki, təbrikdə deyilib: “Hörmətli xanım Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, […]