Edliyyeinfo.az: Ailə qurarkən birlikdə həyat planları quran cütlüklər bəzən maliyyə məsələlərində də ortaq addımlar atır. Bu addımlardan biri də birgə kredit götürməkdir. Ancaq münasibətlər pozulduqda, yəni boşanma baş verdikdə, sual yaranır: bu kredit borcunu kim ödəməlidir? Hüquq nə deyir? Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah dövründə əldə edilən borclar, əgər onların ailənin ehtiyacları […]
Author: Jale Asiman
Əmək müqaviləsi olmadan illərlə işləmisiniz – sonradan sübut edə bilərsinizmi?
Edliyyeinfo.az: Azərbaycanda minlərlə insan əmək müqaviləsi bağlanmadan işləyir və bu, əmək hüquqlarının pozulması ilə nəticələnir. Bəziləri işəgötürənin verdiyi vədlərə inanır, bəziləri isə “bu sənəd nəyə lazımdır ki?” deyib razılaşır. Amma illər sonra əmək haqqını, məzuniyyət pulunu və ya iş stajını tələb etmək istədikdə böyük problemlə qarşılaşırlar. Qanun nə deyir? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə […]
Adınıza yazılan cərimədən xəbərsizsiniz – bu sizə problem yarada bilərmi?
Edliyyeinfo.az: Bəzən insanlar öz adlarına yazılmış cərimədən xəbərsiz olduqları üçün gözləmədikləri anda məhkəməlik olur, bank hesabları bloklanır, hətta ölkədən çıxışlarına məhdudiyyət qoyulur. Bəs bu hüquqi baxımdan mümkündürmü və hansı hallarda baş verir? Hüquqi əsaslar – nəyi bilməlisiniz? İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, şəxs inzibati cərimə qərarı barədə məlumatlandırıldıqdan sonra 30 gün ərzində cəriməni ödəməlidir. […]
Sosial yardım üçün qohum adına daşınmaz əmlak qeydiyyatdadır – imtinanın səbəbi budurmu?
Edliyyeinfo.az: Aztəminatlı ailələr çox zaman ünvanlı dövlət sosial yardımı (ÜDSY) üçün müraciət etdikdə “ailə üzvünün adına əmlak var” səbəbilə imtina cavabı alır. Bəs qohumun adına olan əmlak imtina üçün əsas ola bilərmi? Qanunvericiliyə əsasən, sosial yardımın təyinatı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu və Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 37 nömrəli Qərarı ilə […]
Boşandıqdan sonra keçmiş həyat yoldaşınız evdə qalır – siz nə edə bilərsiniz?
Edliyyeinfo.az: Boşanma sonrası ən çox rast gəlinən problemlərdən biri də əmlak bölgüsünün gecikdirilməsi və keçmiş həyat yoldaşının mübahisəli evdə yaşamağa davam etməsidir. Bəzən tərəflər əmlakın kimin adına olduğu, kimin hüququnun qaldığı barədə məlumatsız olur və nəticədə qanuni sahib öz hüququndan istifadə edə bilmir. Əgər ev birgə nikah dövründə alınıbsa: Mülkiyyət hər iki şəxsin ümumi birgə […]
Dövlət sizə subsidiya ayırıb, xəbəriniz yoxdur – necə yoxlayasınız?
Edliyyeinfo.az: Bəzən dövlət tərəfindən aztəminatlı ailələrə, şəhid ailələrinə, əlilliyi olan şəxslərə, fermerlərə və digər sosial qruplara subsidiya və maddi yardımlar ayrılır. Amma bir çox hallarda insanlar bu hüquqlarından xəbərsiz olur, nəticədə vaxtında müraciət etmədiklərinə görə hüququ itirirlər. Hansı hallarda subsidiya hüququ yarana bilər? Aztəminatlı ailələr Şəhid ailələri və müharibə veteranları Əlilliyi olan şəxslər Gənc ailələr […]
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Əsgərova-Məmmədova Leyla Səyavuş qızı Məmmədzadə Səbinə Adil qızı Lənkəran Ağır […]
Bu gündən qohum evliliyi qadağan edilir
Bu gündən Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. “Edliyyeinfo.az” xəbər verir ki, bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması […]
Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olur. “Edliyyeinfo.az” xəbər verir ki, qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. Hazırda kişilərin pensiyaya çıxma yaşı 65 ildir. Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən […]
Sosial müavinətlər və təqaüdlər artırıldı
Bu gündən Azərbaycanda sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb. “Edliyyeinfo.az” xəbər verir ki, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixdə imzaladığı “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” […]










