Edliyyeinfo.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “E-qanun.ai” platforması istifadəyə verilib. “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası məqsədilə hazırlanmış bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii […]
Author: Jale Asiman
Avropa Şurasının Baş katibi İlham Əliyevə təşəkkür etdi
“BMT Baş Assambleyası çərçivəsində görüşümüz zamanı söylədiyi fikirlərə görə Azərbaycan Prezidenti Əliyevə təşəkkür edirəm”. Edliyyeinfo.az xəbər verir ki, Avropa Şurasının Baş katibi Alen Berse sosial şəbəkə hesabında yazıb. “Cənubi Qafqaza sülh qayıdıb. Uzunmüddətli sabitlik və firavanlıq bizim ümumi məqsədlərimizdir. Biz əməkdaşlığın davamını gözləyirik”, – o qeyd edib.
Mülki hüquqlardan istifadə etməmək hüququn itməsi deməkdirmi?
Gündəlik həyatda istər fərdi insanlar, istərsə də şirkətlər özlərinə aid müxtəlif hüquqlara malikdirlər: mülkiyyət hüququ, istifadə hüququ, tələb etmək hüququ və sair. Bu hüquqlardan istifadə edib-etməmək isə bir çox hallarda şəxsin öz iradəsinə bağlıdır. Edliyyeinfo.az olaraq, bu məsələnin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 15-ci maddəsini sadə dildə izah edirik. Maddənin əsas qayəsi ondan ibarətdir […]
Mülki hüquqlar necə yaranır? – Edliyyeinfo.az izah edir
Hər bir insanın və ya təşkilatın gündəlik həyatında rast gəldiyi alqı-satqı, kirayə, borc, mülkiyyət, zərər, miras kimi məsələlərin hüquqi tərəfi mülki hüquq adlanır. Bu hüquqların necə yarandığını və nə zaman hüquqi məsuliyyətin başladığını isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsi tənzimləyir. Edliyyeinfo.az olaraq bu maddəni hamının anlaya biləcəyi dildə izah edirik. Mülki hüquqlar və vəzifələr […]
İlham Əliyev və xanımı BMT-nin mənzil qərargahına gəliblər
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahına gəliblər. Edliyyeinfo.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.
Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub
Edliyyeinfo.az: 18-19 sentyabr tarixlərində Maltanın Valetta şəhərində “Sərhədlərarası əməkdaşlıq və qarşılıqlı yardım: transmilli cinayətlərə qarşı mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi” mövzusunda Avropa Şurasının ədliyyə nazirlərinin konfransı keçirilib. Konfransda Avropa Şurasının səlahiyyətli qurumlarının rəhbər heyətləri, üzv dövlətlərinin ədliyyə nazirləri, səfirlər və digər rəhbər şəxslər iştirak ediblər. Konfransda ölkəmizi təmsil edən ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev çıxış edərək, […]
Sosial Tədqiqatlar Mərkəzinin rəhbər heyəti Ədliyyə Nazirliyinin yenilənmiş Çağrı Mərkəzində olub
Edliyyeinfo.az: Sosial Tədqiqatlar Mərkəzinin (STM) nümayəndə heyəti Ədliyyə Nazirliyinin Çağrı Mərkəzində olub. STM-in İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Mərkəzin sektor müdirləri Aygün Yusibova, İlyas Hüseynov və Tural İsmayılov dövlət qurumlarının kommunikasiya xətlərinin fəaliyyəti üzrə aparılan mütəmadi monitorinqlər çərçivəsində Ədliyyə Nazirliyinin yenilənmiş Çağrı Mərkəzi ilə tanış olublar. Tədbirdə iştirak edən nazir müavini Toğrul […]
Sahibkarlıq fəaliyyəti: Müstəqil təşəbbüsdən iqtisadi azadlığa
Edliyyeinfo.az üçün təqdim olunan bu izah, Azərbaycan qanunvericiliyində sahibkarlıq fəaliyyəti anlayışının mahiyyətini sadə və aydın dildə açıqlamaq məqsədi daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyəti dedikdə, şəxsin öz təşəbbüsü və riski ilə, yəni heç kimdən asılı olmadan, müstəqil şəkildə həyata keçirdiyi və əsas məqsədi gəlir və ya mənfəət əldə etmək olan fəaliyyət başa düşülür. Bu […]
20 Sentyabr – Dövlətçilik Tariximizin Şərəfli Simvolu
Edliyyeinfo.az: 20 sentyabr tarixi müasir Azərbaycan dövlətçiliyində çoxqatlı tarixi və hüquqi mənalar daşıyan mühüm bir gündür. Bu tarix həm dövlət müstəqilliyinin bərpası yolunda atılmış fundamental hüquqi addım, həm iqtisadi suverenliyin təmin olunduğu strateji müqavilənin imzalandığı gün, həm də ölkənin ərazi bütövlüyünün tam bərpa olunmasında mühüm dönüş nöqtəsi kimi yadda qalmışdır. 1991-ci ilin 20 sentyabrında Azərbaycan […]










