Edliyyeinfo.az xəbər verir ki, Azərbaycanda yerli özünüidarəetmənin əsas forması olan bələdiyyələr, vətəndaşlara birbaşa təsir edən xidmətlərin həyata keçirilməsində mühüm rol oynayır. Lakin bu qurumların səlahiyyətləri və məsuliyyət sahələri barədə əhalinin maarif səviyyəsi hələ də yetərli deyil.
Bələdiyyə nədir?
Bələdiyyə — əhalinin yaşadığı ərazi üzrə formalaşan, seçki yolu ilə müəyyənləşən və yerli özünüidarəni həyata keçirən orqandır.
Onlar dövlət hakimiyyətindən ayrıca olaraq fəaliyyət göstərsə də, Konstitusiya və “Bələdiyyələrin statusu haqqında” Qanunla tənzimlənən məsuliyyətə malikdirlər.
Bələdiyyələr hansı xidmətləri göstərməlidir?
- Ərazi təmizliyi və abadlaşdırma
Küçələrin, parkların, yaşayış sahələrinin təmizliyi;
Yaşıllaşdırma işləri;
Yerli infrastrukturun saxlanması və yaxşılaşdırılması.
2. Sosial yardım və dəstək
Aztəminatlı ailələrə yardım proqramlarının təşkili;
Yerli səviyyədə sosial layihələrin həyata keçirilməsi.
3. Torpaq və əmlak məsələləri
Bələdiyyə torpaqlarının idarə olunması, icarəyə verilməsi və satışı;
Torpaq bölgüsü və sənədləşmə işlərində vətəndaşa dəstək.
4. Vətəndaşların iştirakı və məlumatlandırılması
Yerli əhaliyə açıq hesabatlılıq;
Şəffaf büdcə siyasəti və ictimai dinləmələr.
Vətəndaşların təklif və şikayətlərinin dinlənilməsi.
5. Yerli vergi və rüsumların toplanması
Məsələn, torpaq vergisi, bələdiyyə əmlakından istifadəyə görə rüsumlar və s.
Vətəndaş bilməlidir !
Bələdiyyələr xalq tərəfindən seçilir və birbaşa xalqın maraqlarını qorumağa borcludurlar.
Əgər yerli xidmətlərdə nöqsan varsa — küçələr natəmizdirsə, abadlıq işləri aparılmırsa, vətəndaş öz bələdiyyəsinə müraciət etmək, hesabat tələb etmək və iştirak hüququndan istifadə etmək hüququna malikdir.
Edliyyeinfo.az tövsiyə edir ki, hər bir vətəndaş yaşadığı ərazidə fəaliyyət göstərən bələdiyyənin səlahiyyətlərini tanısın və hüquqlarından istifadə etsin. Çünki güclü və şəffaf yerli idarəetmə, güclü dövlətin təməlidir.
Jalə Asiman
Edliyyeinfo.az