Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi hala gətirilir. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan […]
Parlament
Daxili qoşunların hərbçiləri yalnız bu əməli törədənləri saxlaya biləcəklər
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması qaydaları müəyyənləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının aşağıdakı şəxsləri saxlamaq hüququ olacaq: – inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, […]
İcra başçısı müavinləri ilə bağlı yeni qayda qəbul edildi
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü […]
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və […]
Dövlət orqanlarındakı kadr məsələləri üzrə ştat vahidi dəyişdi
Nazirlər Kabineti 28 sentyabr 2004-cü il tarixli “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, dövlət orqanlarında işçi sayı 100 nəfərə qədər olduqda kadr məsələləri üzrə maksimum 2 ştat vahidi olmalı, işçi sayı 101-200 nəfər olduqda kadr […]
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri
“Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri” təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla, həmçinin “Xüsusi icra məmurunun standart haqq üzrə avansın məbləği” və “Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarları və hədləri” də təsdiqlənib.
Vəfat edən bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək
Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq […]
Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
Tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələbləri pozanlar üçün cərimələr sərtləşdirilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq tarix və […]
Övladı yeni doğulan kişilərə ödənişli məzuniyyət verilə bilər
Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə olunub. Bildirilib ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq Məcəlləyə “ailə vəzifələri olan işçi”, “minimum əmək haqqı” anlayışı daxil […]
İşçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir
Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər. Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin […]










