Info Parlament

Qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır

Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı dövlət proqramı hazırlanır. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asif Əsgərov deyib. Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: “Bu müəyyən qədər bizim bu […]

Info Parlament

Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir. Edliyyeinfo.az  xəbər verir ki,bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan “Təhsil haqqında” qanuna görə, sosial müdafiəyə xüsusi ehtiyacı […]

Info Parlament

Azərbaycanda dərsliklərin rəqəmsallaşdırılması təklif olunur

“Düşünürəm ki, dərslikdə bizim problemimiz var. Biz dərsliklərin rəqəmsallaşdırılması üzərində işləməliyik”. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. “Yəni, vəsait baxımından, dərsliklərdə səhvlər varsa, onların üzərində işlənilməsi və digər məsələləri elektron qaydada etmək daha asandır. Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. […]

Info Parlament

Bu il yaşa görə pensiyalar bu qədər artacaq

2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin təxminən 41%-ni təşkil edir. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. O qeyd edib ki, əmək pensiyalarının orta […]

Info Parlament

Parlamentdə əhalinin məşğulluğu sahəsində olan problemlər müzakirə olunacaq

“Əhalinin məşğulluğu sahəsində aktual problemlər və qarşıda duran vəzifələr “mövzusunda dinləmə keçiriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib. Komitədə həmçinin, “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda dinləmənin keçirilməsi nəzərdə tutulub.

Info Parlament

Minimum əməkhaqqı ilə bağlı mühüm dəyişiklik

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında […]

Info Parlament

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”na dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, miqrasiya işçilərinin qış geyimlərinə tünd boz rəngli qış papağı, tünd boz rəngli gödəkcə, qara rəngli əlcək əlavə edilib.

Info Parlament

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq: dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək. Ezamiyyət […]

Info Parlament

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib. Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Dəyişikliyə əsasən, məzuniyyət vaxtı üçün orta […]

Info Parlament

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması qaydalarında dəyişiklik edilib. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20 faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz. Əmək […]