Ədliyyə Nazirliyi tərəfindən yaradılan “e-suda” elektron məhkəmə informasiya sistemi, vətəndaşlara məhkəmə işlərini daha şəffaf, operativ və rahat şəkildə idarə etməyə imkan verir. Sistem həm fiziki şəxslər, həm də hüquqi şəxslər üçün açıqdır. Hüquqi əsas: “e-suda” sistemi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 7-ci və 8-ci maddələrinə, eləcə də “Elektron imza və elektron sənəd haqqında” Qanuna əsasən […]
Ədliyyə
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
Edliyyeinfo.az xəbər verir ki, iyulun 13-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib. İmtahan prosesini izləmək üçün ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov və Komissiyanın digər üzvləri də imtahanda iştirak edib. İmtahanda iştirak edən 91 namizəddən 40 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı […]
Naxçıvanda “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” adlı maarifləndirici və interaktiv layihə həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. […]
Fərid Əhmədov Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevlə görüşüb
Edliyyeinfo.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb. Görüş çərçivəsində Milli Aviasiya Akademiyası (MAA) ilə Ədliyyə Nazirliyi arasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək birgə işlər və digər tərəfdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə MAA ilə Nazirlik arasında […]
Ədliyyə naziri Fərid Əhmədov Qubada qəbul keçirəcək
“Edliyyeinfo.az” xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 18 iyul 2025-ci il tarixində Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 17 iyul tarixinədək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17, əlaqə telefonu:(+9942332) 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin […]
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb
“Edliyyeinfo.az” xəbər verir ki, ötən gün ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb. Bu mərhələdə iştirak etmiş 89 namizəddən zəruri keçid balı toplamış 64 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən qərar qəbul edilib. Söhbət mərhələsində uğur qazanaraq icbari […]
Naxçıvanda Arbitraj Simulyasiyası Layihəsinə Start Verildi
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib. Edliyyeinfo.az bildirir ki, açılışdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini […]
“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, habelə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının təmin edilməsi məqsədilə qərara alıram: 1. “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” (bundan sonra – Fəaliyyət Planı) təsdiq edilsin (əlavə […]
Ədliyyə: Hüququn qapısı, ədalətin daşıyıcısı
Ədliyyə nədir? Ədliyyə – bir dövlətin ədalət mühakiməsi və hüquq sisteminin həyata keçirilməsini təmin edən orqanlar və institutlar sistemidir. Əsas məqsədi: hüququn aliliyini qorumaq, qanunların icrasına nəzarət etmək və vətəndaşların hüquqlarının təmin olunmasına şərait yaratmaqdır. Tarixi qısa arayış: Ədliyyə sistemi çox qədim tarixə malikdir. Hüquq və məhkəmə anlayışları hələ Babilistan, Qədim Misir, Roma İmperiyası dövrlərində […]









