Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslə dekabr 19-da “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur […]
Ədliyyə
Məhkəmə ekspertizası sahəsinin inkişafına dair beş illik konsepsiya təsdiqləndi
Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Nazirlər Kabinetinə konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, eləcə də icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini […]
Prezident Ədliyyə Akademiyasının rektorunu işdən çıxardı - Yeni təyinat
Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Digər Sərəncamla, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib. Qeyd edək ki, R.İsmayılov Konstitusiya Məhkəməsini hakimi olub. O, iyul ayında hakim vəzifəsindən azad olunmuşdu.
Ədliyyə naziri Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul etdi
Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 5 dekabr tarixində Bərdə şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayonlarından ümumilikdə 61 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. […]
Azərbaycan ilə BƏƏ arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
Edliyyeinfo.az xəbər verir ki, noyabrın 26-da ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun icrasını dəstəkləyəcək yeni Əməkdaşlıq Proqramının imzalanması müzakirə edilib, bu […]
Ədliyyə Naziri Fərid Əhmədovun 5 dekabrda bərdədə vətəndaş qəbulu anons edildi
Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 5 dekabr 2025-ci il tarixində Bərdə şəhərində Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 4 dekabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110, əlaqə […]
BƏƏ Prezidentinin Azərbaycan Ədliyyə naziri ilə görüşündə strateji hüquqi əməkdaşlıq müzakirə olunub
Noyabrın 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib. Fərid Əhmədov, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını BƏƏ dövlət başçısına çatdırıb. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş […]
Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinlədi — FOTO
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Şəki, Lənkəran, Şəmkir, Şirvan, Gəncə və Göyçay regional ədliyyə idarələri […]
22 noyabrın hüquqi sistemin möhkəmlənməsində rolu
Edliyyeinfo.az: 22 noyabr tarixinin cəmiyyət və dövlətçilik baxımından daşıdığı mənanı e izah edərkən əvvəlcə sosial institutların formalaşması və hüquqi sistemlərin tarixi inkişafı prinsipini nəzərə alırıq. Müasir dövlətlərdə ədliyyə strukturlarının funksiyası hüququn aliliyinin təmin edilməsi, normativ sistemlərin sabitliyinin qorunması və sosial münasibətlərin tənzimlənməsi ilə bağlıdır və bunun tarixi başlanğıcı Azərbaycanda 1918-ci ildə qəbul edilmiş hüquqi əsasnamələrlə […]
TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin 2-ci iclası Bakıda keçirilib
Edliyyeinfo.az noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının […]









