Ədliyyə Info

Azərbaycan və Qazaxıstan ədliyyə nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb. Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqisahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib. […]

Ədliyyə Info

Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib

Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib. Edliyyeinfo.az   xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mülki Prosessual Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dəyişliyə əsasən, vəkillər işdə iştirak edən şəxs olduqda (mülki prosesda) kassasiya instansiyasında özlərini təmsil etməsi və cinayət prosesində […]

Ədliyyə Info Secme Xeberler

Fərid Əhmədovun rəhbərliyi altında ədliyyə sisteminin modernləşməsi və vətəndaş yönümlü yanaşma

Edliyyeinfo.az  bildirir ki,  Fərid Əhmədovun rəhbərliyi dövründə ədliyyə sistemi əhəmiyyətli dəyişikliklər və modernləşmə mərhələsinə qədəm qoyub. Nazir, həm struktur islahatları, həm də vətəndaş yönümlü xidmətlər sahəsində diqqətçəkən addımlar atır, sistemin şəffaflığını və səmərəliliyini artırmaq üçün kompleks tədbirlər həyata keçirir. O, İctimai Şura ilə açıq dialoqu prioritetləşdirir və nazirliyin fəaliyyətində cəmiyyətin iştirakını gücləndirir. Görüşlər zamanı ədliyyə […]

Ədliyyə Info

“881” Çağrı Mərkəzi oktyabr ayını 94% operativliklə başa vurdu

Edliyyeinfo.az:  Oktyabr ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 15.205 müraciətdən 14.939-u cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 94 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 2 dəqiqə 11 saniyə […]

Ədliyyə Info

Fərid Əhmədov Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Edliyyeinfo.az: Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia ilə görüş keçirib. Nazir qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib və vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidenti Mixail Kavelaşvilinin, eləcə də Baş naziri […]

Ədliyyə Info

Ədliyyə orqanlarına işə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla tamamlamış və 6 aylıq stajorluq müddəti müəyyən edilməklə işə qəbul olunmuş ədliyyə işçilərinin andiçmə mərasimi keçirilib. Yeni ədliyyə qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi […]

Ədliyyə Info

Azərbaycanın probasiya islahatları İstanbuldakı beynəlxalq konfransda yüksək qiymətləndirildi

Edliyyeinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Beynəlxalq Korreksiya və Həbsxanalar Assosiasiyasının (ICPA) 27-ci İllik Ümumi Yığıncağı və “İslahatlarda rifah: əməkdaşlar, sistemlər və cəmiyyət üçün təşəbbüslər” mövzusunda Beynəlxalq Konfrans keçirilib. Tədbirin Türkiyə panelində əsas məruzəçi qismində Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev və xidmətin şöbə rəisi Səyyad Məcidov çıxış edərək “Azərbaycanın probasiya fəaliyyətində sosial […]

Ədliyyə Info

Fərid Əhmədov Gəncədə 118 vətəndaşı qəbul edib

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 30-31 oktyabr tarixlərində Gəncə şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Gəncə şəhər və Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər rayonlarından ümumilikdə 118 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı […]

Ədliyyə Info

İctimai şura üzvləri Ədliyyə Nazirliyin struktur qurumlarında olublar

Edliyyeinfo.az:  Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai nəzarətin səmərəliliyini artırmaq məqsədilə Nazirliyin Notariat, Qeydiyyat və Reyestr baş idarəsində (NQRBİ) və Məhkəmə Ekspertizası Mərkəzində (MEM) olublar. NQRBİ-də keçirilən görüşdə baş idarənin rəisi Elşad Məmmədli qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət […]

Ədliyyə Info

Dubayda qazanılan qələbə: Ədliyyə naziri Fərid Əhmədov komandanı təbrik etdi

Edliyyeinfo.az  xəbər verir ki, nazir Fərid Əhmədov Dubayda keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışları üzrə turnirin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası ilə görüşüb. Nazir qalib komandanın üzvlərini əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək onların qələbəsinin ölkəmizin və Nazirliyin idman uğurlarına layiqli töhfə olduğunu bildirib. O, Nazirlik əməkdaşlarının həm peşə fəaliyyətində, həm də idman […]