Edliyyeinfo.az: Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Sentyabrın 18-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Xaçmaz, Gəncə, Göyçay və Lənkəran regional ədliyyə […]
Ədliyyə
Niderland Probasiya xidmətinin nümayəndələri Ədliyyə Nazirliyində olublar
Edliyyeinfo.az: Niderland Krallığının Probasiya xidmətinin rəhbər şəxsləri Azərbaycana səfərləri çərçivəsində Ədliyyə Nazirliyində olublar. Xidmətin beynəlxalq bürosunun rəhbəri Yoxum Vildeman və probasiya siyasəti üzrə müşaviri Raymond Svennenhuisin ölkəmizə səfərinin məqsədi son illər Azərbaycanda probasiya sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq, habelə ölkəmizdə probasiya fəaliyyətinin inkişafına dəstək verilməsindən ibarətdir. Qonaqlar ədliyyə nazirinin müavini Mübariz Əhmədovla görüşüblər. […]
ƏDLİYYƏ NAZİRLİYİ VƏ QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ AGENTLİYİNİN BİRGƏ BƏYANATI
Edliyyeinfo.az: Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək, ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılmaqdadır. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal – vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. […]
Əgər icra məmuru vəzifəsini yerinə yetirmirsə – nə etməli?
Edliyyeinfo.az: İcra məmurları, məhkəmə qərarlarının icrasını təmin edən əsas vəzifəli şəxslərdir. Onların fəaliyyəti Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu ilə tənzimlənir. Lakin bəzi hallarda icra məmurlarının vəzifələrini vaxtında və ya tam yerinə yetirməməsi, vətəndaşların hüquqlarının pozulmasına səbəb olur. Belə hallarda atıla biləcək hüquqi addımlar qanunvericilikdə aydın şəkildə göstərilib. İlk növbədə, vətəndaşlar icra məmurunun fəaliyyətsizliyindən narazı olduqda […]
Qırğız nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək üçün ölkəmizə səfər edib
Edliyyeinfo.az: Qırğız Respublikasının ədliyyə nazirinin birinci müavini Zarılbek uulu Almazbekin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib. Nümayəndə heyəti Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Abiddin Hüseynov ilə görüşüb. Görüşdə “Elektron notariat” sisteminin və “Mobil notariat” tətbiqinin imkanları, ədliyyə sahəsində rəqəmsal transformasiya və elektron xidmətlər, eləcə də notariatın inkişafı barədə […]
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi avqust ayında 12 mindən çox vətəndaşın müraciətini cavablandırıb
Edliyyeinfo.az: Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasını təmin edir. Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir. Avqust ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası, bələdiyyələrin fəaliyyəti, notariat, […]
Bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir
Edliyyeinfo.az: Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir. Avqust ayı ərzində Nazirliyin İnsan resursları idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi və İcra xidmətinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional […]
Ədliyyə nazirinin müavini Mübariz Əhmədov bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Edliyyeinfo.az xəbər verir ki, avqustun 26-da Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən Şəmkir, İmişli, Xaçmaz və […]
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib
Ədliyyə Nazirliyinin 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə nazirliyinin mətbuat xidməti məlumat yayıb Bildirilib ki, Çağrı Mərkəzinin fəaliyyəti ilə ədliyyə naziri Fərid Əhmədov yerində tanış olub. 881 Çağrı Mərkəzinin işində müasir dövrün tələbləri nəzərə alınaraq, innovativ texnologiyalar və müasir yanaşmalar tətbiq olunub. Fəaliyyətinə […]
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Məlum olduğu kimi 2024-cü il 7 noyabr tarixdə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən hakimliyə namizədlərin seçim prosesinin sayı 4-dən 3-ə endirilmişdir. Edilmiş dəyişikliyə əsasən namizədlərin seçimi test imtahanı, yazılı imtahan və müsahibə əsasında aparılacaqdır. Edliyyeinfo.az xəbər verir ki, yeni qaydalara əsasən, test tapşırıqlarının 90-ı namizədin müvafiq qanunvericilik sahələri üzrə biliklərini, 10-u isə […]










