Edliyyeinfo.az: Ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib. Sözügedən Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları […]
Ədliyyə
“Ailə mübahisələri mediator vasitəsilə necə həll olunur? – Məhkəməsiz razılaşmanın yolları”
Edliyyeinfo.az: Ailə mübahisələri – boşanma, əmlak bölgüsü, aliment – əksər hallarda məhkəməyə qədər gedir. Amma hər mübahisə mütləq məhkəmə zalında bitməlidir?Xeyr. Azərbaycanda rəsmi mediatorlar vasitəsilə bu məsələlər daha sakit və sürətli şəkildə həll oluna bilər. Bəs necə? 1. Mediator nədir və kimdir? Mediator – tərəflər arasında neytral vasitəçi rolunu oynayan, tərəfləri razılaşdırmağa çalışan peşəkar şəxsdir. […]
İcra prosesində yeni mərhələ: hərraclar tam rəqəmsallaşır, borclu şəxslərin hüquqları genişlənir.
Edliyyeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır. Yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.
Bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilib
Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir. İyul ayı ərzində Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi, İnsan resursları idarəsi, İcra xidməti və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir […]
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün növbəti müsabiqə elan edilir
Edliyyeinfo.az: Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notarius korpusunun peşəkar hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün növbəti açıq müsabiqə elan edilib. […]
Ədliyyə naziri Fərid Əhmədovun Ağsu şəhərində vətəndaş qəbulu keçiriləcək
Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 8 avqust 2025-ci il tarixində Ağsu şəhərində Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 7 avqust tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə […]
Nazir istintaq idarəsinə rəis təyin etdi
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub. Nazirlikdən verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib. S.Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər […]
Ədliyyə naziri Fərid Əhmədov Quba şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 18 iyul tarixində Quba şəhərində vətəndaşları qəbul edib. Edliyyeinfo.az qeyd edir ki, o, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində […]
“İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır: Maddə 1. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I); 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 1 may […]
Nazir Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb
Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Edliyyeinfo.az bildirir ki, görüşdə Azərbaycan və İraqın müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirdiyi, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub. Fərid Əhmədov hər iki xalqı oxşar tarix, […]










