İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb
Info
İlham Əliyev Fərman imzaladı
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək, Xarici […]
Xüsusi icra məmurları ilə bağlı cərimələr müəyyənləşir
Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 528-3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, xüsusi icra məmurları haqqında” qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının […]
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 523-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya […]
Azərbaycanda könüllü kredit qadağası olacaq
Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal […]
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olundu
Azərbaycanda Influenserlərin və bloqerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib. Edliyyeinfo.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Taptıqlı bildirib. Onun sözlərinə görə, ötən il “Reklam haqqında” Qanununa edilən dəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyət göstərən influenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub. […]
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. Edliyyeinfo.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və […]
Boşanma zamanı uşaq kimdə qalır? Aliment və əmlak bölgüsü necə müəyyən olunur?
Boşanma prosesində ən çox müzakirə olunan məsələlərdən biri uşağın kimdə qalması, alimentin müəyyən edilməsi və birgə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlıdır. Bir çox vətəndaş bu məsələlərin hansı hüquqi qaydalarla tənzimləndiyini tam bilmədiyi üçün müxtəlif suallarla üzləşir. Edliyyeinfo.az-ın sual-cavab rubrikasının növbəti buraxılışı məhz ailə hüququ mövzusuna həsr olunub. Rubrikanın qonağı hüquqşünas-mediator Zaur Quliyev boşanma zamanı […]
İlham Əliyev XIII Qlobal Bakı Forumunda
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir. Edliyyeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Putin İlham Əliyevə təşəkkür etdi
Rusiya Prezidenti Vladimir Putin martın 11-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə […]










