Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsi ilə davam etdirilib. Onun sözlərinə görə, bina üzrə yanğının mənbəyi baxış keçirilən otaq, yəni yenidoğulmuşların intensiv terapiya zalı, o cümlədən həmin otağın girişindən daxil olduqdan uzaq sol künc hissəsi […]
Info
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR
Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Respublikası müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib. Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq […]
Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR
Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Edliyyeinfo.az xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi müzakirə olunub. […]
Əmək müqaviləsi olmadan işləyirsiniz?
Bir çox işçi işə götürülərkən müqavilə bağlanmır və sonradan əməkhaqqı ilə bağlı problemlərlə üzləşir. Bəs belə hallarda işçi hüquqlarını necə sübut edə bilər? Pulsuz işlədilmiş dövr üzrə maaşı sonradan tələb etmək mümkündürmü? İşçi hara müraciət etməlidir? Bu sualları hüquqşünas-mediator Zaur Quliyev cavablandırır. Videonu izləmək üçün linkə keçid edin.
Cərimənin məcburi tutulması qaydası dəyişdi
Cərimənin məcburi tutulması qaydası dəyişib. Prezident İlham Əliyevin təsdiqlədiyi Cəzaların İcrası Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan […]
Yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirən vəzifəli şəxslərin məhkəmə işi
Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəmə araşdırması başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə prokuror ittiham aktını elan edib. Zərərçəkənlərə dəyən zərərin müəyyən bir qisminin təqsirləndirilənlər tərəfindən ödənilməsini nəzərə alaraq vəkillər müvəkkilləri barədə […]
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
“Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. […]
Prezident tapşırıq verdi - İrana yardım göndərildi
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton […]
İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb. “Möhtərəm Ayətullah Xameneyi həzrətləri. İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm. […]










