Info Prezident

Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Edliyyeinfo.az  xəbər verir ki, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Bu, Təminat Fondunun […]

Ədliyyə Info

İcra prosesində yeni mərhələ: hərraclar tam rəqəmsallaşır, borclu şəxslərin hüquqları genişlənir.

Edliyyeinfo.az  xəbər verir ki,  Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır. Yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.

Ədliyyə Info

Bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilib

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir. İyul ayı ərzində Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi, İnsan resursları idarəsi, İcra xidməti və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir […]

Info Prezident

Reyestrdə olmayan çap mediasının nəşri qadağan edildi

Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilib. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək. […]

Info Prezident

Xarici media subyektləri ilə bağlı dəyişiklik təsdiqləndi

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, Azərbaycanda […]

Info Prezident

İnformasiya agentlikləri ilə bağlı yeni tələblər qoyuldu

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. İnformasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi […]

Info Prezident

İpoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək. “Edliyyeinfo.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İpoteka haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, […]

Info Prezident

Yeni media təsis edərkən bu cür adlardan istifadə edilə bilməz

Çap mediası və onlayn media subyektinin təsis edilməsinə dair tələblər artırılıb. “Edliyyeinfo.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əlavə edilən yeni – 62.6-cı maddəyə əsasən, media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və […]

Info Prezident Sənədlər

Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. “Edliyyeinfo.az” xəbər verir ki, nekroloqda deyilir: Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində […]