Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, icarə (kirayə) […]
Month: Dekabr 2025
Bu şəxslər üçün vergi güzəşti tətbiq ediləcək
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi güzəşti tətbiq ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV […]
7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik
Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə […]
Aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır
Gələn il yanvarın 1-dən aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Beləliklə, bununla əlaqədar Vergi Məcəlləsinin 191.5-ci və “Tibbi sığorta haqqında” qanunun 15-10.1.6-cı və 15-10.1.7-ci maddələrinin ləğvi təklif olunur. […]
Təhsil, tibb, mədəniyyət və idman sahəsində əmlak vergisi yeni qaydada hesablanacaq
Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə […]
Ölkəyə telefon gətirənlərin nəzərinə: 100 manat rüsum alınacaq
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, […]
Bu avtomobillərin satışı ƏDV-dən azad edilir
Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı 2025-ci […]
Media subyektlərinin gəlir vergisindən azadolma müddəti artırılır
Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq […]
Bu sahibkarlara vergilərdən 50% güzəşt edilməsi təklif olunur
“Hesab edirəm ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır. Mən təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan, və yaxud, əmək haqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun”. Edliyyeinfo.az xəbər verir ki, […]
Prezident onları təltif etdi - SİYAHI
Bir qrup ədliyyə orqanları işçiləri təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib: “Tərəqqi” medalı ilə Əbilov Adil Fazil oğlu; Muradova Aytən Cahangir qızı; Nəsibov Elçin Rafiq oğlu. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Abdullayeva Gültən Ramiz qızı; Abdulov […]










