Info

Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır

Obrazlı şəkildə desək, bu partiya zamanın tələbi kimi yaranmışdır. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranmış və hər seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının […]

Ədliyyə Info

TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin 2-ci iclası Bakıda keçirilib

Edliyyeinfo.az  noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının […]

Ədliyyə Info

Azərbaycan və Qazaxıstan ədliyyə nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb. Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqisahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib. […]

Info Prezident

Bu binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq. Edliyyeinfo.az   xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli […]

Info Parlament

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək. Məlumat üçün […]

Info Parlament

Gələn ilin yaşayış minimumunun məbləği 285 manat olacaq

2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilir. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün […]

Info Prezident

Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Edliyyeinfo.az  xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək […]

Info MƏHKƏMƏ

Azərbaycanda 3 uşağı olan anaların daha tez pensiyaya çıxması təklif olunur

“Erkən təqaüdə çıxmaq məsələsi aktualdır. İndi 5 uşağı olan anaların sayı çox azdır”. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. “Ona görə də erkən təqaüdə çıxmaq 3 və daha çox uşağı olan analara şamil edilsə, daha yaxşı olar”, – deyə deputat bildirib.

Info

Əlilliyi olan şəxslərlə bağlı yeni qərar

“Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, təqsirkar işəgötürən yenidən təşkil edildiyi halda əlilliyi olan şəxslər onun hüquqi varisi tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Növbə çatdıqda Xidmətlər […]

Info Sənədlər

Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi

Edliyyeinfo.az:  Mülki Məcəllənin 40-cı maddəsinə görə, əgər bir fiziki şəxsin harada olduğu məlum deyilsə və iki il ərzində yaşadığı yerdə görünməyibsə, maraqlı şəxslər məhkəməyə ərizə verərək həmin şəxsi xəbərsiz itkin düşmüş elan etdirə bilərlər. Əgər son məlumatların alındığı dəqiq gün məlum deyilsə, itkin düşmə müddəti həmin məlumatın alındığı aydan sonrakı ayın birinci günündən və ya […]