Ədliyyə Info

Ədliyyə naziri Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul etdi

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov 5 dekabr tarixində Bərdə şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayonlarından ümumilikdə 61 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. […]

Info Prezident Sənədlər

Prezident Sərəncam imzaladı

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib. Edliyyeinfo.az   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib. Nazirlər Kabineti Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, konsepsiyada nəzərdə tutulmuş tədbirlərin […]

Info

Bu halda işçilərin əmək müqaviləsinə xitam veriləcək – YENİ QAYDA

Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub. Hansı hallarda əmək müqaviləsinə xitam veriləcək? Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər. Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin […]

Info

Bu qayda moped sürücülərinə aid olmayacaq

Mopedlə bağlı qanunvericilikdə dəyişiklik edilir. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən […]

Info

Abidələri qəsdən məhv etməyə görə cəzalarsərtləşdirilir

Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə cəzalar sərtləşdirilir. Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə […]

Info

Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün imtiyaz müəyyənləşir

Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün müavinət və imtiyaz müəyyənləşir Edliyyeinfo.az  xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilə bilər. Bu halda dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək. Dövlət […]

Info Parlament

Vəfat edən bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq […]

Info Parlament

Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək

Tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələbləri pozanlar üçün cərimələr sərtləşdirilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq tarix və […]

Info

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciət edib. Edliyyeinfo.az xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub. Müraciətdə […]