Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Edliyyeinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə […]
Month: Yanvar 2026
Parlamentdə minimum əməkhaqqı məsələsi müzakirə olundu
“Bu illər ərzində ölkədə əməkhaqqı fondu 3,2 dəfə artıb. Aylıq 500 milyon manatdan 1 milyard 600 milyon manata qədər artımları müşahidə edirik”. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. O bildirib ki, bu artımların böyük hissəsi özəl sektorla bağlıdır: “Özəl […]
Nazir onları vəzifəsindən azad etdi
Ədliyyə Nazirliyinin Sumqayıt və Şirvan Regional Ədliyyə İdarələrinin rəisləri vəzifəsindən azad olunub. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, Eyvaz Məmmədov Sumqayıt Regional Ədliyyə İdarəsinin, Nizami Hüseynov isə Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsindən azad olunub. Digər əmrlə, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinin icrası Hüseyn Məmmədova, Şirvan Regional Ədliyyə […]
Penitensiar xidmətin rəisi videoqəbullar keçirdi
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Lənkəran və Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, virtual qəbul məntəqələri vasitəsilə […]
Mikayıl Cabbarov ƏDV-nin qaytarılması ilə bağlı qərar imzaladı
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi hüquqi aktlarda dəyişiklik edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb. Qərara əsasən, vergi inzibatçılığına dair mövcud qaydalar yenilənir və təkmilləşdirilir. Dəyişikliklər fiziki şəxslərin vergi […]
Təsdiqləndi: Bu şəxslər daha tez pensiyaya çıxacaq
Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişiklikləri təsdiq edib. Yeni qaydalara əsasən daha tez pensiyaya çıxmaqla bağlı proseduralar daha da sadələşib və əlçatanlıq artırılıb. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məlumat paylaşan deputat Vüqar Bayramov bildirib ki, “Əmək pensiyaları” haqqında Qanunun 9-cu maddəsinə […]
Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. Edliyyeinfo.az-ın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb. Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb. Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək. Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə […]
Maliyyə Nazirliyi ilə bağlı yeni qərar
Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nazirliyə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC siyahıya daxil edilib. Xatırladaq ki, “Rəqəmsal Maliyyə Mərkəzi” 2005-ci ildən fəaliyyət göstərən “Məlumat […]
Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqlənib
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün […]
Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM
Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manatı ayrılıb. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla Sərəncam imzalayıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı […]










