Info

Dəmir istehsalı müəssisələri üçün təbii qaz tarifləri azaldıldı

Azərbaycanda dəmir istehsalı müəssisələri üçün təbii qaz tarifləri azaldılıb. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib. Məlumata görə, “Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi” üzrə təbii qaz tarifi müəyyənləşdirilib. Ölkənin təbii resurslarından səmərəli istifadə, qara metallurgiyanın emal mərhələlərini əhatə edən istehsal müəssisələrinin […]

Info Parlament

Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi

Azərbaycanda elektrik enerjisi və təbii qaz tarifləri sabitləşib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib. Məlumata görə, elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib. “Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar […]

Info Parlament

İxtisarlar olanda onların işdə qalmasına üstünlük veriləcək - SİYAHI

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısında dəyişiklik ediləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan […]

Info Parlament

İşçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək: •    əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş […]

Info Parlament

Pensiyaçılara şad xəbər - Gələn il bu qədər artım olacaq

“2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, bu ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekununda nominal orta aylıq əməkhaqqının 9.2 faiz artacağı gözlənilir”. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların […]

Info

Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub.  Edliyyeinfo.az  xəbər verir ki, Xarici İşlər Nazirliyindən modern.az-a verilən məlumata görə, uzun müddət idi ki, Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi.   “Hal-hazırda, Monteneqro hökumətinin qərarına əsasən […]

Info Prezident

Təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə Əlavə Protokol təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” təsdiqlənib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Preizdent İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il […]

Info Prezident

Ehtiyac meyarı artırılıb

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunda əksini tapıb. Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılıb.

Info Prezident Sənədlər

Prezident DSMF-nin 2026-cı il büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanunu təsdiqləyib. Edliyyeinfo.az  xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (bu illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır. Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin […]