Info MƏHKƏMƏ

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin […]

Info Parlament

Minatəmizləmədə heyvanlardan istifadə qaydası müəyyənləşir

Minatəmizləmə fəaliyyətində heyvanların istifadə edilməsi qaydası müəyyənləşir.  Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə ediləcək.

Info Prezident Sənədlər

Prezidentin son sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial […]

Info MƏHKƏMƏ

Amerika səfirinin sabiq sürücüsü özünü təqsirli bilmir - Məhkəmə işi

ABŞ-nin Azərbaycandakı səfirliyininl əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Edliyyeinfo.az –ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən ifadə verib. “Mən Amerika səfirliyi əməkdaslarının evlə təmin olunması ılə bağlı fəaliyyət göstərmişəm. 1997-ci ildə səfirin sürücüsü olmuşam.2003-cü ildən dən 2018-ci ilə dək  işləmişəm. Mənə verilən ittihamla […]

Info Prezident Sənədlər

Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə: “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü […]

Info Prezident Sənədlər

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. “İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr […]

Info

İşçilərin yemək xərcləri vergiyə cəlb olunur? – Rəsmi İZAH

ƏDV qeydiyyatında olan “A” MMC hüquq-məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir və 16 işçisi var. İşçilərin nahar yeməklərinin təmin edilməsi məqsədilə şirkət tərəfindən onların bir qisminə yemək xərcləri üçün gündəlik 7 manat nağdsız vəsait ödənilir. İşçilərin bir qismi isə ofisin yaxınlığında yerləşən və ƏDV qeydiyyatında olan “Yeməkxana” adlı restoranla müqavilə bağlanılaraq yeməklə təmin edilir. Restorana […]

Ədliyyə Info

Ədliyyə Nazirliyi: “Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb”

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslə dekabr 19-da “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur […]

Info

Baş nazirdən DİN-lə bağlı QƏRAR

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib. Edliyyeinfo.az   xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Sənədə əsasən, bu qayda polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası […]

Info

Əkin yerinin yandırılmasına görə yeni cərimələr

Əkin yerinin yandırılmasına görə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə yeni cərimələr, inzibati həbs müəyyənləşir. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, […]