Milli Məclisin iclasının gündəliyi dəyişib, Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul ediləcək. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında” məsələ daxil edilib. Qeyd edilib ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və qəbul edilən saxta ittihamların əks olunduğu qətnaməyə qarşı […]
Month: Yanvar 2026
Nazirlər Kabineti daha bir qaydanı təsdiqlədi
“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası” təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir. […]
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyi münasibətilə instiututun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər: Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu Eyvazov Təyyar Haşım oğlu Əfəndiyev Akif Zahid oğlu […]
"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib
“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabineti üç ay müddətində su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair […]
Faizdən faiz tutulması qanunaziddir - Ali Məhkəmədən qərar
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini […]
Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratsın - TƏKLİF
Ailə vəzifələri olan işçilərlə bağlı anlayışın qanunvericiliyə daxil edilməsi xüsusi diqqətəlayiqdir. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, artıq işçilər təkcə […]
Prezident Birləşmiş Ərəb Əmirliklərinə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Edliyyeinfo.az xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Sonra Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları “Gələcəyin oyunları 2025” […]
Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar verildi
Nazirlər Kabineti “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya”, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya” və “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya” blanklarının formalarını təsdiq edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Yeni formalar hökumətin “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin […]










