Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilib. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.Qanunla “yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə” “qazın saxlanmasına icazə” ilə dəyişdirilib. Qeyd edək ki, dəyişiklik 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
Day: Yanvar 23, 2026
Tikinti obyektləri ilə bağlı bu qərar qüvvəyə mindi
“Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda dəyişiklik edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, ictimai binaların güc əmsalları siyahısına aşağıdakı əlavələr edilib: Bina və tikililərin adı Güc əmsalı, (cosφ) Sıra №-si İaşə obyektləri: 27 İşıq diodlarının gücünə uyğun, Vt: 28 8 […]
Bu şəxslərə beş aylıq maaş veriləcək
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Baş nazir Əli Əsədovun bununla bağlı […]
Azərbaycanda bu tələblər sərtləşdirildi
Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na dəyişiklik edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq qərar imzalayıb.Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibi dəqiqləşdirilib. Belə ki, “Elektrik qurğularının texniki istismar Qaydaları”na uyğun […]




