Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilib. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə […]
Day: Yanvar 23, 2026
Prezident xarici və yerli investorlara çağırış etdi
“Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir”. Edliyyeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının […]
Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışında
Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir. Edliyyeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib
Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib. Qeydiyyatın tamamlanması ilə AQC-nin idarəetmə strukturu qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşib. Bu qərar Cəmiyyətin fəaliyyətinin daha sistemli qurulmasına, idarəetmədə şəffaflığın və davamlılığın təmin olunmasına imkan […]



