İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilib. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, internet informasiya ehtiyatının ve onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın […]
Day: Yanvar 23, 2026
Ünvanlı sosial yardımların məbləği artırılacaq
Ünvanlı sosial yardımlar üzrə maliyyələşmənin artırılması nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib. Qeyd edib ki, ötən il ünvanlı sosial yardımların maliyyələşdirilməsi üçün 420 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsində bu məqsədlə növbəti il üçün 467 milyon […]
Prezident Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını təsdiq etdi
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Edliyyeinfo.az xəbər verir ki, dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur. Qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından […]
Magistratura imtahanlarında dəyişiklik edildi – RƏSMİ
Magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse tipli yazı tapşırıqlarının qiymətləndirilməsində dəyişiklik edilib. Bu ildən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər üçün essedə bal məhdudiyyəti tətbiq edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, yeni qaydalara əsasən, bu ildən etibarən tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmaları ərizəsində qeyd etmək […]
Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılır. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması məqsədilə Gəncə şəhərinin və Şəmkir […]
Yaşa görə pensiya 629 manat olacaq: Nazir artımları AÇIQLADI – VİDEO
2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “Az TV”də yayımlanan “Hədəf” verilişində məlumat verib. Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması, bunun üçün əlavə illik 636 mln manat vəsait […]
Deputatların tətili bitdi, komitə iclasları başlayır
Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatır. Edliyyeinfo.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanının üzvlərinin tətili yanvarın 1-dən 15-dək davam edir. Sabahdan komitə iclaslarının keçirilməsinə başlanılacaq. Yanvarın 16-da Ailə, qadın və uşaq komitəsinin və Regional məsələlər komitəsinin iclası keçiriləcək. Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə […]







