Info Parlament

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”na dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, miqrasiya işçilərinin qış geyimlərinə tünd boz rəngli qış papağı, tünd boz rəngli gödəkcə, qara rəngli əlcək əlavə edilib.

Info Parlament

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq: dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək. Ezamiyyət […]

Info Parlament

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib. Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Dəyişikliyə əsasən, məzuniyyət vaxtı üçün orta […]

Info Parlament

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması qaydalarında dəyişiklik edilib. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20 faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz. Əmək […]

Info Parlament

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Info Parlament

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.

Info Parlament

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Bir sıra hallarda təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək: təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının […]

Info Parlament

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya […]

Info Parlament

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq. Edliyyeinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün […]