Info

İctimai şura üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar

Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai iştirakçılığın səmərəliliyini artırmaq məqsədilə Nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsinə və İcra xidmətinə baş çəkiblər. Cəzaların icrasına nəzarət baş idarəsində keçirilən görüşdə baş idarənin rəisi Anar Qocayev qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, qarşıda duran hədəflər barədə məlumat verib. […]

Ədliyyə Info

Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Yanvarın 21-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən Lənkəran, Gəncə, Bərdə, Şirvan, Şəki, İmişli və Göyçay […]

Info Sənədlər

Bu xidmətlər də icbari tibbi sığortaya daxil edildi

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Xidmətlər Zərfinə eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması (1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting), konsultasiya daxil), eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) […]

Info

Azərbaycanda bəzi sektorlarda minimum əməkhaqqı artırıla bilər

“Daha yaxşı olardı ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də sektorlar üzrə minimum əməkhaqqı müəyyənləşsin. Bəzi sektorlarda əməkhaqqı kifayət qədər yüksəkdir. Burada təbii ki, minumum əməkhaqqının ölkə üzrə eyni səviyyədə müəyyənləşdirilməsi həmin sektorda əməkhaqı ödənişlərinə təsir göstərir. Minimum əməkhaqqı ilə bağlı əsas meyarları müəyyənləşdirmişik”. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək […]

Info Parlament

Bu il yaşa görə pensiyalar bu qədər artacaq

2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin təxminən 41%-ni təşkil edir. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. O qeyd edib ki, əmək pensiyalarının orta […]

Info Parlament

Parlamentdə əhalinin məşğulluğu sahəsində olan problemlər müzakirə olunacaq

“Əhalinin məşğulluğu sahəsində aktual problemlər və qarşıda duran vəzifələr “mövzusunda dinləmə keçiriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib. Komitədə həmçinin, “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda dinləmənin keçirilməsi nəzərdə tutulub.

Info Parlament

Minimum əməkhaqqı ilə bağlı mühüm dəyişiklik

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında […]

Info Sənədlər

Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək. Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Info

Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Report-un son zamanlar müxtəlif xəstəliklər səbəbindən hərbi xidmətdən möhlət hüququ alanların təkrar müayinədən keçməli olması ilə bağlı yayılan məlumatlar haqqında sorğusuna cavabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq […]

Info Prezident

Hər il xizəkçilik üzrə çempionatlar keçiriləcək

Bu il Şahdağda Dünya Çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb. Edliyyeinfo.az   xəbər verir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib. Hər il Azərbaycanda ya Dünya, […]