Yeni aeroport və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) […]
Day: Yanvar 23, 2026
Qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır
Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı dövlət proqramı hazırlanır. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asif Əsgərov deyib. Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: “Bu müəyyən qədər bizim bu […]
Müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz – RƏSMİ
Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz. Edliyyeinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur. “Stajın bərpa olunması mümkün deyil. Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə […]
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyişiklik edilib. Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq Qərar imzalayıb. “Dərman vasitələrinin topdansatışına dair tələblər” Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq […]
Azərbaycanda ilk dəfə bu şəxslərlə saathesabı müqavilə bağlanacaq
Saathesabı əməkhaqqıya keçid layihəsi hazırda hökümətə təqdim edilib və müzakirə çərçivəsindədir. Edliyyeinfo.az xəbər verir ki, bu fikirləri Xidmətin rəisi Vəli Quliyev deyib. O bildirib ki, bu istiqamətdə məhələli işlər nəzərdə tutulub. “Bir çox ölkələrdə həm aylıq minimum əməkaqqı, həm saathesabı maaş sistemi mezanizmi mövcuddur. Azərbaycanda saathesabı əmək müqaviləsinə ilkin mərhələdə natamam əmək müqaviləsi, həmçinin 1 […]
Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur
Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin illik konfransında məlumat verilib. Qeyd edilib, bununla bağlı Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Torpaq sahəsini özbaşına tutanları bu cəza gözləyir
Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsinin digər üsullarla özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır və Məcəllənin 188.1-ci maddəsində bu cür hallara görə səkkiz min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək […]
Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər
Özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı “Onkoloji yardım haqqında” qanuna dəyişiklik edilir. Qeyd edilib ki, layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət […]
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir. Edliyyeinfo.az xəbər verir ki,bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan “Təhsil haqqında” qanuna görə, sosial müdafiəyə xüsusi ehtiyacı […]










