Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün […]
Day: Yanvar 23, 2026
Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK
Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cari ilin satınalma […]
Bu qanuna dəyişiklik olunur
“Büdcə sistemi haqqında” Qanuna dəyişiklik olunur. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, […]
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihədə bildirilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif […]
Penitensiar xidmətdə vakant kiçik rəis heyəti vəzifələri üzrə müsabiqə elan edildi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə yanvar ayının 23-dən 30-dək açıq müsabiqə keçirilir. Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrindədir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq […]





