Info Parlament

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir. Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. Məruzəyə əsasən, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi […]

Ədliyyə Info

Ədliyyə Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və əməkdaşları faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, soyqırımı abidəsinin önünə güllər düzüb.

Ədliyyə Info

Ədliyyə Nazirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Ədliyyə Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan nazir müavini Abiddin Hüseynov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, 1992-ci il fevralın 26-da […]

Info Parlament

Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq komitələrinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb. Edliyyeinfo.az  xəbər verir ki, müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı […]

Info MƏHKƏMƏ

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri yenidən məhkəmə qarşısında

Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərov barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. Edliyyeinfo.az-ın  Pravda.az-dan əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır. Qeyd: 2022-ci il fevralın 17-i səhər saatlarında “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər […]

Info

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edildi

İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşib. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan […]

Info

Xocalı faciəsi bizim qan yaddaşımızdır

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi deyil, həm də milli dərd, milli qürur və milli iradə sınağı kimi yaşayır. Bu hadisə haqqında hər il danışılır, yazılır, anım mərasimləri keçirilir. Amma Xocalı elə bir yaradır ki, onu bir dəfə xatırlamaqla bitmir. Xocalı hər dəfə yenidən qəlbimizi sızladır. Çünki burada söhbət sadəcə tarixdən getmir. Burada […]

Info

Terrorçuluğun maliyyələşdirilməsində ittiham olunan azərbaycanlı dəstənin məhkəməsi

Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Edliyyeinfo.az   xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket […]