Info

Xocalı soyqırımı unudulmur və ədalət çağırışı davam edir

26 fevral Azərbaycan tarixində təkcə matəm günü deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulduğu bir gecənin ildönümüdür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər müasir dövrün ən ağır faciələrindən biri kimi yadda qalıb. Bu hadisə yalnız hərbi əməliyyatın nəticəsi deyil, mülki əhaliyə qarşı sistemli zorakılıq aktı idi. Strateji mövqedə yerləşən […]

Info

Hərbi xidmətə qəbulla bağlı yeni QƏRAR

Nazirlər Kabineti hərbi xidmətə qəbul, kursantların hazırlanması və hərbi təhsil müəssisələri ilə bağlı qaydalarda dəyişiklik edib. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişikliklərin tətbiqinə uyğunlaşdırma məqsədi daşıyır. Yeni qərara əsasən, bağlaşma əsasında həqiqi hərbi xidmətə […]

Ədliyyə Info

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa qoyulub

2025-ci ildə 322 şəxsə zorakılıqlardan qorunmaq üçün mühafizə orderi verilib. Edliyyeinfo.az xəbər verir ki,  bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub. Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı […]

Info Sənədlər

Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi

“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu […]

Info Sənədlər

Nazirlər Kabineti elektrik enerjisi ilə bağlı bu qərara dəyişiklik etdi

Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nda dəyişiklik edilib. Edliyyeinfo.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, büdcədən qismən maliyyələşdirilən təsərrüfat hesablı istehlakçılar bölməsinə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi əlavə edilib.

Info Prezident

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı […]

Info

Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.   Edliyyeinfo.az  xəbər verir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu […]

Info Sənədlər

"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi

Nazirlər Kabineti 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”nda dəyişiklik edib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə […]

Info Prezident

Yeni dövlət qurumu yaradıldı – FƏRMAN

Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələləri tənzimlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik […]