Info

Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək

Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək. Edliyyeinfo.az  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formada verilməsi ilə bağlı qaydaları təsdiqləyib: “Diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr ali, orta ixtisas, peşə və ümumi təhsil […]

Info Prezident

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə […]

Info

Amnistiyaya düşən şəxslərin sayı

Amnistiya aktının tətbiq edilən şəxslərin dairəsi ümumilikdə 18 min 355 nəfərdir.  Onlardan 90 nəfəri xarici vətəndaşlardır. Edliyyeinfo.az–ın məlumatına görə, bu barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda səsləndirib. Onun sözlərinə görə, azadlıqdan məhrumetmə cəzasından 5066 nəfər azad edilib. N. Əliyev bildirib ki, ölkəmizin suverenliyi […]

Info Prezident

Bu şəxslərin maaşı artacaq: Prezident təsdiq etdi

Azərbaycan Prezidenti “Əmək Məcəlləsində” dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir. Edliyyeinfo.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat paylaşıb. O bildirib ki, […]

Info Prezident Sənədlər

Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir

Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir. Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanunu və onun tətbiqi ilə bağlı müvafiq Fərmanı imzalayıb. Edliyyeinfo.az  xəbər verir ki, dəyişikliklər dövlət maliyyə nəzarətinin artırılmasına və dövlət sektorunda bank əməliyyatları üzrə müşahidə mexanizmlərinin mərkəzləşdirilməsinə […]

Info Prezident

Bu avtomobillərin idxalı ƏDV-dən azad edildi

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib. Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək: – idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi; […]

Info Prezident

Bu əşyaların idxalı ƏDV-dən azad edildi - FƏRMAN

İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi […]

Info

İlkin hərbi qeydiyyat artıq “mygov”da!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq bir sıra hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər. Edliyyeinfo.az  xəbər verir ki, təqdim edilən yeni xidmətə əsasən, artıq 2026-cı ildə 15 yaşı tamam […]

Info MƏHKƏMƏ

"Oğlum cinsi azlıq nümayəndəsi olduğu üçün qətlə yetirilib" - Anası şikayətçi olmadı

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Edliyyeinfo.az–ın  “Unikal”a  istinad məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi – mərhumun anası Sürahim İbadova ifadə verib. O, bildirib ki, oğlu universitetdə təhsil alırdı: “Qətlə yetirilən şəxs mənim oğlumdur. […]

Info Prezident

Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. Edliyyeinfo.az  xəbər verir ki, Prezident bununla bağlı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Qeyd edək […]