Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir. Qanun layihəsində bu səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif edilir.
Month: Mart 2026
Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişikləri imzalayıb. Belə ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək. Beləliklə […]
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, Sərəncamla Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilirlər: Caniyev İbrahim Mustafa oğlu Hüseynov Fuad […]
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan […]
Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, sənəddə deyilir: “2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 […]
Bu şəxslərə 4500 manat əlavə kompensasiya veriləcək
“Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək”. Edliyyeinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, qərarla Əmək Məcəlləsinin 115-117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək […]
“Hüququn səsi” verilişinin ilk buraxılışı yayımlandı
Hüquqşünas–mediator Zaur Quliyevin təqdimatında “Hüququn səsi” verilişinin ilk buraxılışı Dünya Televiziyası ekranında tamaşaçılara təqdim olunub. Hüquqi maarifləndirmə məqsədi daşıyan verilişin ilk buraxılışında “Qadın hüquqları kişi hüquqlarından üstündürmü?” mövzusu müzakirə edilib. Mövzu çərçivəsində gender bərabərliyi, qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələr, eləcə də cəmiyyətdə formalaşmış stereotiplər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, verilişin informasiya dəstəyi […]
Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib
“Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır. Qeyd […]
Ana dili – hüquqi dövlətin və milli varlığın təməli
Bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. 1999-cu ildə UNESCO tərəfindən təsis edilən bu əlamətdar gün dil müxtəlifliyinin qorunmasına, ana dillərinə hörmətin artırılmasına və mədəni irsin yaşadılmasına xidmət edir. Dil hər bir xalqın kimliyini, tarixini və mənəvi yaddaşını yaşadan əsas dəyərdir. Ana dili insanın dünyanı dərk etməsində, hüquq və vəzifələrini anlamasında, cəmiyyətə inteqrasiyasında […]
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılır: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii […]









