Info MƏHKƏMƏ

İnam Kərimovdan hakimlərin etik davranış qaydaları ilə bağlı açıqlama

Ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib. Edliyyeinfo.az  xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib. […]

Info

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - Yeni qanun

Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək. Edliyyeinfo.az-ın  Trend-dən əldə etdiyi məlumata görə, sözügedən şəxslərə istifadə etdikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə […]

Info MƏHKƏMƏ

Qonşusuna hədə-qorxu gələnə hökm oxundu

Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz […]

Info Parlament

Müştərək maliyyələşmə mexanizminin tətbiqi daha 1 il təxirə salınır

İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək. Edliyyeinfo.az  xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2026-cı il yanvarın 1-dən ödənilməli idi. […]

Info

"WhatsApp" yazışmalarının izlənilməsi qadağandır

Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər açıqlayıb. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Qeyd edilib ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. “Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd […]

Info

Barışıq sazişi məhkəmə qərarından daha güclü ola bilərmi?

Cəmiyyətdə geniş yayılmış bir fikir var: “Ən güclü qərar məhkəmə qərarıdır.” Hüquqi baxımdan bu fikir əsaslı görünə bilər. Lakin praktika göstərir ki, bəzən tərəflərin öz razılığı ilə əldə olunan barışıq sazişi məhkəmə qərarından daha dayanıqlı və effektiv nəticə verir. Məhkəmə prosesi mahiyyət etibarilə qalib və məğlub prinsipinə əsaslanır. Qərar qəbul edilir və tərəflərdən biri hüquqi […]

Info

Qaradağlı qətliamından 34 il: Unudulmayan faciə

Bu gün Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş Qaradağlı qətliamından 34 il ötür. 1992-ci ilin 17 fevralında baş verən bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb və Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri kimi tarixə düşüb. Edliyyeinfo.az   xatırladır ki, hadisələr 1991-ci ilin sonlarından etibarən kəndin mühasirəyə alınması ilə daha da ağırlaşmışdı. Qaradağlı aylarla davam […]

Info Parlament

Azərbaycanda hərbi xidmətə MÜHÜM DƏYİŞİKLİK – 3 ildən 6 ayadək

Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətlərinə dəyişiklik olunur. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılır. Qeyd edilib […]

Info

Peşəkar mediator reklam etmir – etimad yaradır

Edliyyeinfo.az:  Cəmiyyət inkişaf etdikcə mübahisələrin həlli üsulları da dəyişir. İnsanlar artıq uzunmüddətli məhkəmə çəkişmələri əvəzinə daha çevik, psixoloji baxımdan rahat və münasibətləri qoruyan mexanizmlərə üstünlük verirlər. Bu baxımdan mediasiya təkcə hüquqi prosedur deyil, həm də ünsiyyət, psixologiya və etibar üzərində qurulan incə bir peşə sahəsinə çevrilib. Məhz buna görə də mediatorun fəaliyyəti klassik hüquqi xidmətlərdən […]