Info

15 İyun – Qurtuluş Günü: Bir millətin özünə qayıdışı

Tarixdə elə günlər var ki, sadəcə bir təqvim deyil, bir xalqın taleyini dəyişən dönüş nöqtəsidir.


15 İyun da belə günlərdəndir — ümidsizlikdən ümidə, qarışıqlıqdan sabitliyə, parçalanmadan birliyə atılan böyük bir addım.


Edliyyeinfo.az” xatırladır ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyi təhlükədə idi. Vətəndaş müharibəsi təhlükəsi, siyasi çaxnaşmalar və xaos içində boğulan bir dövlət… Torpaqlarımızda gözü olan xalqlar və dövlətlər də bu xaosdan istifadə etmək üçün hər vasitədən fayadalanmağa çalışırdar. Mümkün olduğu qədər Azərbaycanın müstəqilliyini sarsıtmağa, dirçəlməsinə imkan verməməyə çalışırdılar. Nə dünya birliyi, nə beynəlxalq hüquq, nə dünya sülh carçıları burda yaşanan bir xalqın faciəsi ilə qətiyyən maraqlanmırdılar. Bütün yük başsız qalmış xalqın üstünə düşürdü. Ancaq başsız bədənin ölü bədən olduğunu da bilirik. Belə bir millətin yoxolma dövründə xalqa sağlam baş lazım idi.Və bu ağır dönəmdə xalq ümidini Heydər Əliyev kimi böyük bir dövlət adamına bağladı.
1993-cü il 15 İyun – Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı bu gün, yalnız bir siyasətçinin qayıdışı deyil, xalqın sabaha olan inamının qayıdışı idi. Bu gəliş xalqın öncəki təcrübəsindən doğan bir çağırışın cavabı idi. Xalq gələcəyini kimə etibar edəcəyini qətiləşdirmişdi. Verdiyi qərardan da əmin idi. Bu qayıdış gələcək əminamanlığın, firavanlığın, təkinatın, inkişafın təminatı idi. Müstəqilliyin, suverenliuin, dünyaya çıxışın, dünya ilə bir olmağın, dünyaya açılmağın, qlobal layihələrdə tərəfdaş kimi çıxış etməyin təminatı idi. Bu gün: Sabitliyin,
Güclü dövlətçiliyin,
Hüquq və ədalət anlayışlarının təməlinin qoyulduğu gündür.


Azərbaycan tarixində Qurtuluş yalnız keçmişin deyil, gələcəyin də adı oldu.

Müəllif: Jalə Asiman

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir