Info

Sosial şəbəkədə təhqir: Söz azadlığı harada bitir, hüquqi məsuliyyət harada başlayır?

Müasir dövrdə sosial şəbəkələr artıq sadəcə fikir paylaşma platforması deyil, həm də insanların hüquq və ləyaqətinin pozulduğu bir məkana çevrilə bilir. Xüsusilə təhqir, böhtan, şəxsi həyata müdaxilə hallarının artması hüquqi məsələləri də gündəmə gətirib.

Sosial şəbəkədə təhqir nədir?

Təhqir – şəxsin şərəf və ləyaqətinin alçaldılması məqsədi ilə deyilən və ya yazılan ifadələrdir. Bu ifadələr açıq, aşkar və alçaldıcı xarakter daşıyırsa, hüquqi məsuliyyət yaradır.

Hüquqi əsas:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi və Cinayət Məcəlləsinin 148 və 147-ci maddələri bu halları tənzimləyir.

İnzibati məsuliyyət (İXM 388-1):

Əgər şəxs sosial şəbəkədə digərini təhqir edir və bu ifadələr ictimaiyyətə açıq paylaşılıbsa:

Cəza:
500 manatdan 1000 manatadək cərimə
və ya
bir ayadək inzibati həbs

Cinayət məsuliyyəti:

Əgər təhqir və ya böhtan:

Aşkar yalan və böhtan xarakteri daşıyırsa,

Şəxsin ictimai nüfuzuna ağır zərər vurubsa,

Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən:

Cəza:
Cərimə, islah işləri və ya azadlıqdan məhrumetmə (şəraitdən asılı olaraq).

Mülki məsuliyyət:

Zərərçəkmiş şəxs həm də məhkəmə qaydasında:

Rədd yazının təkzib olunmasını,

Moral zərərə görə təzminat tələbini qaldıra bilər.

Vətəndaş olaraq nə etməliyik?

✅ Sosial şəbəkədə fikir bildirərkən etik və hüquqi çərçivəyə əməl edin
✅ Heç kəsi alçaltmayın, təhqir etməyin – bu, cinayət məsuliyyətidir
✅ Əgər sizə qarşı belə hal olubsa – skrinşot alın, şikayət ərizəsi yazın və məhkəməyə müraciət edin

Edliyyeinfo.az olaraq çağırışımız:

Sosial şəbəkədə “söz azadlığı” anlayışı heç vaxt “şəxsi ləyaqəti alçaltmaq azadlığı” demək deyil. Qanunu bilməmək, məsuliyyətdən azad etmir. Hüququnuzu bilin, həm özünüzü qoruyun, həm də digərlərinin hüquqlarına hörmət edin.

Hazırladı:  Asiman Əsədsoy

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir