Info

Notarius xidmətləri – nəyi necə rəsmləşdirə bilərik?

Notarius — hüquqi münasibətləri rəsmiləşdirən, sənədlərə qanuni qüvvə verən vətəndaşların hüquqlarını qoruyan dövlət və ya özəl şəxsdir. Onun əsas funksiyası – hüquqi əminlik yaratmaq, gələcək mübahisələrin qarşısını almaqdır.

✍️ Notarius hansı hallarda tələb olunur?

✅ Alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi – ev, torpaq, avtomobil və s.
✅ İcarə və bağışlama müqavilələrinin təsdiqi
✅ Etibarnamələrin verilməsi
✅ Vərəsəlik hüququna dair şəhadətnamə
✅ Nikah müqaviləsi (əgər tərtib olunubsa)
✅ İpoteka müqavilələrinin təsdiqi
✅ Təsis sənədlərinin (MMC, ASC və s.) təsdiqi
✅ Tərcümələrin notarial təsdiqi
✅ Sənədlərin surət və imza təsdiqi

📌 Vacib bilgilər:

Notariusun təsdiqlədiyi sənəd məhkəmədə sübut kimi qəbul olunur.

Rəsmiləşdirilməmiş razılaşmalar hüquqi mübahisə zamanı zəif əsas sayılır.

Bəzi notarial hərəkətlər yalnız dövlət notariusları tərəfindən aparılır.

❗️Unutmayın:

Əgər sənəd tərtib edirsinizsə, onu sadəcə yazmaq yox, notariat qaydada təsdiq etdirmək də vacibdir. Əks halda hüquqi nəticə doğurması çətin ola bilər.

Hüquqi münasibətlərdə təhlükəsizlik və dəqiqlik üçün notarius xidmətlərindən düzgün və vaxtında istifadə edin!

Əlavə məlumat üçün:  Edliyyeinfo.az — hüququn yanında olan xəbər saytı!

Hazırladı: Jalə Asiman

Edliyyeinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir