Kredit götürmək – maddi ehtiyaclar üçün çıxış yolu ola bilər, amma ödəmə çətinliyi və bankla anlaşılmazlıq halları az deyil. Bəzən insanlar banka borclu olduqlarını qəbul etsələr də, faizlər, cərimələr və qanunsuz davranışlar onları çarəsiz qoyur.
Amma bilin: bankla da mübahisə etmək və hüquqlarınızı qorumaq mümkündür!
1. Kredit müqaviləsini diqqətlə oxuyun
Hər bir borc öhdəliyi rəsmi müqavilə ilə tənzimlənir
Müqavilədə aşağıdakılar olmalıdır:
Borc məbləği
Faiz dərəcəsi və hesablanma qaydası
Geri ödəniş cədvəli
Cərimə şərtləri və gecikmə halları
Mübahisələrin həlli qaydası
Əgər müqavilə yoxdursa və ya sizə verilməyibsə – hüquqi pozuntu var!
2. Gecikmə və ya ödənişdə çətinlik yaranarsa:
✅ Bankla rəsmi yazılı şəkildə əlaqə saxlayın – gecikmə səbəbini izah edin
✅ Möhlət (təxirə salma), restrukturizasiya və ya ödəniş planı tələb etmək hüququnuz var
✅ Heç vaxt “gözləyək, keçər” yanaşması etməyin – bu, gecikməyə görə cəriməni artırır
3. Bank sizi təzyiqlə və ya təhqirlə sıxışdırırsa:
Kredit borcuna görə:
Fiziki təzyiq, hədə-qorxu, şantaj qadağandır
Zənglər, mesajlar – iş saatı xaricində və təhqiramiz formada edilirsə, şikayət edə bilərsiniz
Borcunuzu ailə üzvlərinizə bildirmələri qanunsuzdur
Belə hallarda Azərbaycan Mərkəzi Bankına, Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya məhkəməyə müraciət edə bilərsiniz.
4. Əgər sizə qarşı icra takibatı başlanıbsa:
Borcunuzu ödəməkdən yayınmısınızsa, banka hüquqla icra məmuru vasitəsilə müraciət etmək imkanı verilir.
Bu halda:
İcra sənədi təqdim olunmalıdır
Əmlaka həbs qoyulması yalnız məhkəmə qərarı ilə mümkündür
Qanunsuz olaraq evinizə daxil olma halları varsa – cinayət məsuliyyəti yarana bilər
Kredit borcu – ödənilməlidir, amma şəxsiyyət və hüquqlar pozulmadan!
Heç bir bank müştərinin hüquqlarını aşağılaya, təhqir edə və ya qanunsuz cərimə yükləyə bilməz !
Hüquqlarınızla tanış olmaq və daha çox məlumat üçün Edliyyeinfo.az saytını izləyin. Hüquq – borcun da, hörmətin də tərəzisidir.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az