Ədliyyə Info

Naxçıvanda Arbitraj Simulyasiyası Layihəsinə Start Verildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib.

Edliyyeinfo.az  bildirir ki, açılışdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxış ediblər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin birgə təşkilatçılığı ilə 26-29 iyun tarixlərində keçirilən layihənin əsas məqsədi gənclərin beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində nəzəri və praktiki biliklərini artırmaqdır.

Layihə çərçivəsində simulyasiya mərhələsi, ekskursiya, mədəni tədbirlər və tədbir iştirakçılarına sertifikatların verilməsi mərasimi nəzərdə tutulub.

Layihədə iştirakçılar real beynəlxalq hüquq münaqişələrini təhlil edərək, müxtəlif tərəflərin (dövlət, investor, ictimaiyyət)iddialarını və maraqlarını mübahisələndirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir